Avtomobil Samur-Abşeron kanalına düşüb

Hadisə

10.08.2024 - 12:49

Həkimlər Klinikalar SEO Xidməti

Avtomobil sudan çıxarılsa da, sürücünün axtarışları davam etdirilir

Samur- Abşeron kanalının "Şəfəq" qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb.

AYNA-nın "Report"a istinadən məlumatına görə, Abusət Əliyevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Samur-Abşeron kanalına düşüb.

Avtomobil sudan çıxarılsa da, Abusət Əliyev tapılmayıb. Onun axtarışları davam etdirilir.

Qeyd edək ki, A.Əliyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş