Avtomobil qəzasında dörd nəfər ölüb

Hadisə

06.03.2020 - 14:07

Həkimlər Klinikalar SEO Xidməti

27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

 

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, martın 5-də törədilən 27 cinayətin üstü “isti izlər”lə açılıb. 

 

Əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub. 

 

Axtarışda olduğuna görə, ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb. 

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş