Avstriya üç ölkə ilə sərhədlərini açır

Dünya

19.05.2020 - 17:46

cedabet Klinikalar SEO Xidməti

Çexiya, Slovakiya və Macarıstanla sərhədin tam açılması üçün iş gedir

 

Avstriya Çexiya, Slovakiya və Macarıstanla sərhədlərinin tam açılması məsələsi üzərində işləyir. AYNA xarici mediaya əsasən xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Alexander Sçallenberq məlumat verib.

 

"Biz Çexiya, Slovakiya və Macarıstana istiqamətində tam hərəkət azadlığına qayıtmaq üçün çox intensiv işləyirik. Sərhədlərin açılması vacibdir. Çünki hazırda ailələrin ziyarəti, iqtisadi maraqlar və turizm məsələsi diqqətdədir”, Sçallenberq deyib.

 

Məlumata görə, ilkin olaraq iyunun 15-dən etibarən Almaniya, İsveçrə və Lixtenşteynlə sərhədlərin tam açılması nəzərdə tutulur. İtaliya ilə sərhədin açılmasına gəldikdə isə, Kansler Sebastian Kurtz hesab edir ki, hələlik bunun üçün heç bir perspektiv yoxdur.

 

Qeyd edək ki, aparelin 14-dən başlayan karantin tədbirləri başa çatan Avstriya artıq normal həyatına dönür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş