Hadisə nəticəsində 13 nəfər yaralanıb
Avstraliyanın şərq sahillərində iki helikopterin toqquşması nəticəsində 4 nəfər ölüb, azı 13 nəfər yaralanıb. AYNA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Toqquşma yerli vaxtla saat 14:00 radələrində (Bakı vaxtı ilə saat 7-də) Brisben şəhərindən cənubda yerləşən “Main Beach” məşhur turist zolağı yaxınlığında baş verib.
Kvinslend polis müfəttişi Qari Uorrell jurnalistlərə bildirib ki, iki təyyarə toqquşma zamanı “Sea World Resort” yaxınlığındakı qum sahilinə qəza enişi edib. Polis əlavə edib ki, Fövqəladə Hallar Xidməti əməkdaşlarının sahilə yaxın ərazidə yerləşən qumlu sahilə getməsi çətinləşib.