Avropada qazın qiyməti 2300 dolları ötüb

Dünya

27.07.2022 - 12:04

Həkimlər Klinikalar SEO Xidməti

Təbii qazın qiymətində ümumi artım 10 faizi keçib

“Şimal axını” ilə təbii qaz nəqlinin azaldılması fonunda bu ilin martın 8-dən bəri ilk dəfə Avropada qazın qiyməti 1000 kubmetr üçün 2300 dolları ötüb.

AYNA xarici mediaya istinadən bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasının məlumatına görə, təbii qazın qiymətində ümumi artım 10 faizi keçib.

Avropada ən böyük virtual ticarət platforması olan TTF indeksi üzrə avqust fyuçerslərində 1000 kubmetr təbii qazın qiyməti 2307 dollara yüksəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş