Avropa Şurasının baş katibi Tiflisə gəlib

Dünya

18.12.2024 - 14:07

Həkimlər Klinikalar SEO Xidməti

Alen Berse Gürcüstanın Baş naziri, spikeri, Prezidenti və xarici işlər naziri ilə görüşəcək

Avropa Şurasının baş katibi Alen Berset Gürcüstana rəsmi səfər edib. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda bildirilir ki, səfər zamanı Berse Baş nazir İrakli Kobaxidze, parlamentin spikeri Şalva Papuaşvili, yeni seçilmiş prezident Mixeil Kavelaşvili və xarici işlər naziri Maka Boçorişvili ilə görüşəcək.

Oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Avropa Şurası baş katibinin səfəri Avropa strukturlarının rəsmi nümayəndələri arasında ilk səfər olub.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib və hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası qalib elan edilib. Bundan sonra müxalifət qüvvələri seçkinin nəticələrinin ləğvi tələbi ilə etiraz aksiyalarına başlayıblar.

Noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəsmi Tiflisin 2028-ci ilə qədər Brüssellə Avropa Birliyinə üzvlüklə bağlı danışıqlara başlamayacağını və bu müddət ərzində Aİ-nin hər hansı büdcə qrantlarından imtina edəcəyini bəyan etməsindən sonra yeni etiraz dalğası başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş