Avropa Rusiyanın dondurulmuş aktivləri ilə bağlı variantlar hazırlayır

Dünya

29.08.2025 - 20:19

Avropa Komissiyası təklifləri tezliklə üzv dövlətlərə təqdim etməyi planlaşdırır

Avropa Komissiyası (AK) Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi üçün bir sıra təkliflər hazırlayır. AYNA.AZ xəbər verir ki, bu barədə “Euractiv” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

“Məlumatlı mənbələrə görə, Avropa Komissiyası müsadirə istiqamətində hərəkət etmək üçün bir sıra variantlar hazırlayır və onları tezliklə üzv dövlətlərə təqdim etməyi planlaşdırır”, - portalın məlumatında qeyd edilib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin avqustun 28-də Kiyevə hücumu vəsaitlərin müsadirə edilməsi üçün “yenidən daha cəsarətli addımlar atmağa söv qedib”.

Bəzi AB diplomatları deyirlər ki, “bu, məsələni irəli apara bilər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş