Avropa Komissiyası Ukraynaya 1 milyard avroluq kredit köçürüb

Dünya

03.08.2022 - 03:28

Avqustun 1-də 500 milyon avroluq birinci tranş köçürülüb

Avropa Komissiyası (AK) iyulda razılaşdırılmış 1 milyard avroluq makro-maliyyə kredit paketinin Ukraynaya transferini başa çatdırıb.

AYNA xəbər verir ki, bu barədə AK-in yaydığı məlumatda deyilir.

“Avropa Komissiyası Ukraynaya 1 milyard avroluq makromaliyyə yardım proqramından 500 milyon avroluq ikinci tranşı köçürüb. Avqustun 1-də 500 milyon avroluq birinci tranş köçürülüb”, - deyə AK bildirib.

Müəllif: Ayna.az