Avropa İttifaqı Ukrayna ordusunu silahlandırmaq və təlim keçmək öhdəliyi götürüb

Dünya

22.11.2023 - 12:44

cedabet dərman SEO Xidməti

“Bloomberg”: Aİ-nin Ukrayna ilə bağlı öhdəliyinə ordu üçün təchizat və təlim daxildir

İlin sonuna qədər Avropa İttifaqı (Aİ) rəhbərliyi Ukrayna qarşısında uzunmüddətli öhdəlikləri müzakirə etməyə başlayacaq. AYNA “Bloomberg”ə istinadən xəbər verir ki, yardım paketinə uzunmüddətli silah təchizatı və Ukrayna hərbçiləri üçün təlimlər daxildir.

Həmçinin kəşfiyyat məlumatlarının mübadiləsi, Ukrayna müdafiə sənayesi ilə qarşılıqlı əlaqənin gücləndirilməsi, minaların təmizlənməsi və kibertəhlükələrlə mübarizədə köməklik göstərilməsi gözlənilir.

Analoji proqram G7-nin yay sammitinin sonunda razılaşdırılıb. Amma Almaniya kansleri Olaf Şols deyib ki, öhdəliklər yalnız Ukraynada mövcud münaqişə bitdikdən sonra qüvvəyə minəcək.

Kreml Kiyevə bu cür vədlər verməyi “səhv və təhlükəli” adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş