Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib

Dünya

23.10.2025 - 11:25

Aİ-nin sonuncu ölkəsi 19-cu sanksiyalar paketinə etirazını geri götürüb

Avropa İttifaqının (Aİ) daimi nümayəndələri çərşənbə günü Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib. AYNA.AZ “Reuters”ə istinadən bildirir ki, bu barədə Aİ Şurasından qeyd edilib.

"Aİ-nin sonuncu ölkəsi 19-cu sanksiyalar paketinə etirazını geri götürüb. Yazılı prosedur nazirlər səviyyəsində Aİ Şurasında sanksiyaların təsdiqi üçün müzakirələrdir. Etiraz olmasa, sanksiyalar sabah təsdiqlənəcək", - bildirilib.

Avropa Komissiyasından verilən açıqlamalara görə, 19-cu paket Aİ-yə üzv ölkələrin daha da genişlənməsini, Rusiya neftini daşıyan tankerlərə məhdudiyyətləri, ticarət və maliyyə qadağalarını və Aİ-nin Rusiyanın enerji resurslarının alınmasına dair yeni qadağalarını əhatə edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş