Kaya Kallas: “Aİ bu günə qədər Rusiyaya qarşı ən sərt sanksiya paketlərindən birini təsdiqləyib"
Avropa İttifaqının (Aİ) daimi nümayəndələri Rusiya əleyhinə sanksiyaların 18-ci paketi ilə bağlı razılığa gəliblər. AYNA.AZ xəbər verir ki, bu barədə “X” sosial şəbəkədəki səhifəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas məlumat verib.
Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, məhdudlaşdırıcı tədbirlər siyahısına “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinə məhdudiyyətlər, həmçinin Rusiya neftinə yeni qiymət həddinin tətbiqi daxildir.
"Biz möhkəm dayanırıq. Aİ bu günə qədər Rusiyaya qarşı ən sərt sanksiya paketlərindən birini təsdiqləyib", - o vurğulayıb.