Yeni tədbirlər siyahısına neftin qiymətinin 47 dollar səviyyəsində ilkin həddi daxil ediləcək
Avropa İttifaqının (Aİ) daimi nümayəndələri bu gün - iyulun 14-də18-ci anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gələ bilərlər. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” Aİ-dən olan dörd anonim mənbəyə istinadən məlumat yayıb.
İlkin məlumata görə, yeni tədbirlər siyahısına neftin qiymətinin 47 dollar səviyyəsində ilkin həddi daxil ediləcək və hər altı aydan bir nəzərdən keçiriləcək.
Mənbə qeyd edib ki, Aİ ölkələri yeni paketin elementlərinin əsas komponentlərini müəyyən ediblər, lakin ən azı bir dövlət hələ də neftin qiyməti ilə bağlı tavanın mənasına şübhə ilə yanaşır.
Rəsmilər təklif ediblər ki, bu məsələ ilə bağlı tam razılıq bazar ertəsi nazirlərin Brüssel görüşündən əvvəl əldə edilməlidir. Eyni zamanda, mənbələrin bildirdiyinə görə, Aİ ölkələri neft qiymətləri üzrə tavanın müəyyən edilməsi üçün “dinamik mexanizm”lə razılaşıblar.