Avropa İttifaqı ABŞ-la ticarət dialoqunun yeni mərhələsini hazırlayır

Dünya

13.11.2025 - 13:20

Aİ-nin ABŞ-a təqdim edəcəyi plan beş sahəyə yönələcək

Avropa İttifaqı (Aİ) ticarət sazişinin növbəti mərhələsini həyata keçirmək üçün ABŞ-a yeni bir plan təklif etməyi düşünür. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Agentliyin mənbələrinə görə, Aİ-nin ABŞ-a təqdim edəcəyi plan beş sahəyə yönələcək.

“Bloomberg” qeyd edir ki, "bu sahələrə tariflər və bazara çıxış daxildir. Burada Aİ şərab və spirtli içkilər də daxil olmaqla bir sıra əlavə mallara tarif endirimləri etməyə çalışır".

Plan həmçinin standartlar, rəqəmsal ticarət, texniki maneələr və digər ticarətlə bağlı narahatlıqlar kimi məsələləri həll etmək üçün dialoqa çağırır.

Agentliyin mənbələrinə görə, plan Aİ-dən investisiyaların yoxlanılması, ixrac nəzarəti, tədarük və vacib xammalın təchizatı kimi məsələlərə diqqət yetirəcək iqtisadi təhlükəsizlik üzrə işçi qrupu yaratmağı tələb edir.

Qeyd olunub ki, Aİ Ticarət Palatasının rəhbəri Maroş Şefçoviç bu ayın sonunda planı müzakirə etmək üçün ABŞ-dan olan həmkarları ilə görüşməyi planlaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş