Kaya Kallas: "Biz 20-ci sanksiya paketini irəli sürürük və onu gələn ay tamamlamaq niyyətindəyik"
Avropa Birliyi (AB) fevral ayında Rusiyaya qarşı 20-ci sanksiya paketini hazırlamaq niyyətindədir. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Berlində keçirilən mətbuat konfransında bildirib.
Bəyanatda deyilir: "Biz 20-ci sanksiya paketini irəli sürürük və onu gələn ay tamamlamaq niyyətindəyik".
13 yanvarda “Euractiv” Finlandiya və İsveçin Avropa Komissiyasını Rusiyaya lüks malların ixracını və Rusiya neft tankerlərinə xidmət göstərilməsinin qadağan edilməsini, eləcə də Rusiya gübrələrinin idxalına Avropa Birliyi kvotalarının azaldılmasını tələb etdiyini bildirib.