Avropa ABŞ-ın yeni tariflərinə qətiyyətli və birgə cavab verəcək

Dünya

22.01.2026 - 18:21

"Avropanın ərazisinin bir hissəsinin ələ keçirilməsi qəbuledilməzdir”

“Avropa İttifaqı ABŞ-ın yeni tariflərinə qətiyyətli cavab verəcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Almaniya kansleri Fridrix Merz Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

"Avropanın ərazisinin bir hissəsinin ələ keçirilməsi qəbuledilməzdir. Yeni tariflər Transatlantik bölgəsində inkişafın təməllərini sarsıdacaq. Avropa İttifaqının bu tariflərə cavabı birgə, qətiyyətli və ölçülü olacaq", Merz xəbərdarlıq edib.

Almaniya kansleri Qrenlandiya ilə bağlı planlaşdırılan çərçivə sazişini alqışlayıb və onu "düzgün yol" adlandırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdiriləcəyini vurğulayıb.

Qrenlandiya ilə bağlı çərçivə sazişi bir gün əvvəl NATO-nun baş katibi Mark Rutte və ABŞ Prezidenti Donald Tramp tərəfindən razılaşdırılıb.

ABŞ Avropa bu qərarla razılaşmadığı təqdirdə Aİ ölkələrinə qarşı yeni iqtisadi tariflər tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş