Atıcımız Almaniyadakı turnirdə ikinci qızıl medalını qazanıb

İdman

24.03.2024 - 07:28

Zeynəb Sultanova Dortmundda keçirilən "ISAS-2024" beynəlxalq turnirində qızıl medal qazanıb

Azərbaycan atıcısı Zeynəb Sultanova Almaniyanın Dortmund şəhərində keçirilən "ISAS-2024" beynəlxalq turnirində qızıl medal qazanıb.

AYNA xəbər verir ki, o, qızlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışında bütün rəqiblərinə qalib gələrək fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, Z.Sultanova daha əvvəl 25 metr məsafədə kiçik çaplı tapançadan sürətli atəş üzrə yarışda da birinci yeri tutub.

Turnirə bu gün yekun vurulacaq.

Müəllif: Ayna.az