Pia Kauma: “Bu parlament seçkiləri rəqabətli olub”
“Gürcüstanda parlament seçkiləri rəqabət şəraitində keçirilib”. AYNA gürcü mediasına istinadən bildirir ki, bu sözləri Tiflisdə keçirilən mətbuat konfransında ATƏT Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Pia Kauma deyib.
“Bu parlament seçkiləri rəqabətli olub. Ona görə ki, seçicilər 18 seçki subyekti arasında seçim etmək imkanına malik olublar. Bu, iqtidarla müxalifət arasında seçki deyildi. Müxalifət partiyalarının özləri arasında da fəal rəqabət var idi”, ATƏT PA rəsmisi qeyd edib.