ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıb

Siyasət

16.02.2021 - 21:58

Həkimlər Klinikalar SEO Xidməti

ATƏT-in Minsk Qrupu həmsədrləri Ara Aivazian və Ceyhun Bayramov ilə videokonfrans formatında ayrı-ayılıqda görüş keçiriblər

 

ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) bu gün birgə bəyanat yayıblar.

 

AYNA xəbər verir ki, bəyanat ATƏT-in rəsmi saytına yer alıb. Bəyanatda deyilir:

 

ATƏT-in Minsk Qrupu həmsədrləri, fevralın 16-da Ermənistan xarici işlər naziri Ara Aivazian və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə videokonfrans formatında ayrı-ayılıqda görüş keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsi Andjey Kaspşik görüşlərə qatılıb. Həmsədrlər nazirlərlə bölgədə sabitliyin təşviqi, vasitəçilik prosesinin üsulları və ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsinin rolu ilə əlaqədar uzun və əsaslı fikir mübadiləsi aparıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş