Atəşkəs rejimi 23 dəfə pozuldu

Xəbərlər

07.05.2020 - 10:40

Həkimlər Klinikalar SEO Xidməti

Ermənilər bir neçə istiqamətdə atəş açıblar

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən xəbərdə bildirilib ki, Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

 

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş