Astarada qətl törədilib

Hadisə

17.08.2025 - 21:59

Astarada rayonunun Suparibağ kəndində qətl hadisəsi baş verib. AYNA.AZ xəbər verir ki, hadisə avqustun 17-si saat 20:00 radələrində qeydə alınıb.

Astara rayonunun Suparibağ kəndinin ərazisində, 1959-cu il təvəllüdlü Məmmədov İsgəndər Şıxəli oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Şəxsi münasibətlər zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliyev Vüsal Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş