Astarada ictimai nəqliyyatla bağlı reyd keçirilib - <font color=red> FOTO</font>

Xəbərlər

25.08.2020 - 13:05

cedabet dərman SEO Xidməti

Reyd velosipedçilərə də şamil olunub

 

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərlə bağlı reyd keçiriblər. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Astara rayonu daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədikləri aşkarlanıb.

 

Onlarla profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb.

 

Eyni zamanda avtomobil yollarında hərəkət edərək qəza şəraiti yaradan velosipedçilər də saxlanılıb.

 

Onlarla aparılan söhbət zamanı bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.

 

Qaydalara əməl etməyən velosipedçilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş