Bu vəsait peyvənd, şprislər və vaksini saxlamaq üçün soyuducular alınmasına xərclənəcək
Asiya İnkişaf Bankı vaksin alınması üçün Tacikistana 25 milyon dollar vəsait ayırıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin maliyyə naziri Fayziddin Kaxorzoda deyib.
Nazir bildirib ki, bu vəsait peyvənd, şprislər və vaksini saxlamaq üçün soyuducular alınmasına xərclənəcək.
Qeyd edək ki, bu günədək Tacikistanda 205 min insan peyvənd edilib.