“ASAN xidmət” mərkəzlərinə 41 milyondan çox müraciət daxil olub

Xəbərlər

12.02.2021 - 18:54

Vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir

 

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon 279 min vətəndaş tərəfindən 41 milyondan artıq müraciət daxil olub.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

Müəllif: Ayna.az