Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEO

Xəbərlər

20.05.2024 - 14:22

cedabet dərman SEO Xidməti

Təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib

Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə keçirilən döyüş atışlı taktiki təlim başa çatıb. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təlimin planına əsasən, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması, şərti düşmən hədəflərinin aşkar olunaraq dəqiq atəşlə məhv edilməsi, eləcə də qarşıya qoyulan digər tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Əsas diqqətin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına, komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də döyüş əməliyyatları zamanı digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilinə yönəldildiyi təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş