Armatur satışı adı altında dələduzluq

Xəbərlər

11.05.2026 - 20:38

190 min manatlıq dələduzluq edənlər saxlanılıb

Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər — T. Bədəlov, P. Qurbanov, S. Xəlilov və K. Fətəliyev saxlanılıblar.

AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, araşdırmalarla məlum olub ki, onlar zərərçəkmişə dəmir armatur satacaqları vədini verərək etibarını qazanıblar. Daha sonra müxtəlif bəhanələrlə zərərçəkmişdən hissə-hissə pul alıblar.

Müəyyən edilib ki, saxlanılan şəxslər götürdükləri öhdəlikləri yerinə yetirməyərək zərərçəkmişə ümumilikdə 190 min manat maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş