Argentina Folklendin suverenliyi ilə bağlı danışıqların bərpasını tələb edir

Dünya

27.05.2025 - 11:59

cedabet dərman SEO Xidməti

“Buenos-Ayresin ərazi üzərində suverenliyinin bərpası dövlətin xarici siyasətinin daimi məqsədi olaraq qalır”

Böyük Britaniya tərəfindən Çaqos arxipelaqının Mavrikiyə verilməsindən sonra Argentina bir daha Londona Folklend adalarının statusu ilə bağlı danışıqları bərpa etməyin zəruriliyini xatırladıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Argentina Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Argentina bir daha Böyük Britaniyanı Folklend adalarının suverenliyi ilə bağlı danışıqları bərpa etməyə çağırır", - qeyd edilib.

Argentina XİN əlavə edib ki, “Buenos-Ayresin sözügedən ərazi üzərində suverenliyinin bərpası dövlətin xarici siyasətinin daimi məqsədi olaraq qalır”.

Qeyd edək ki, Böyük Britaniya mübahisəli və strateji Çaqos adaları üzərində suverenliyin Mavrikiyə verilməsi haqqında saziş imzalayıb. Müqaviləyə əsasən, Böyük Britaniya hərbi bazanın ən azı 99 il müddətinə icarəyə verilməsinə görə Mavrikiyə hər il 101 milyon funt sterlinq ödəyəcək.

Böyük Britaniyanın Baş naziri Keir Starmer bildirib ki, ABŞ qoşunları tərəfindən idarə olunan baza Britaniyanın terrorizmlə mübarizəsi üçün mühüm əhəmiyyət kəsb edir və Britaniya təhlükəsizliyinin təməl daşıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş