Klub 3 yoxlama oyununun ikisində qalib gəlib
Azərbaycan Peşəkar Futbol Liqasının I Divizonunda mübarizə aparan “Araz-Naxçıvan” klubu qış təlim məşq toplantısını Bakıda davam etdirir.
AYNA xəbər verir ki, “Qaradağ Lökbatan” klubu ilə ilk yoxlama görüşündə 0:2 hesababı ilə məğlub olan “Araz” sonrakı oyunlarda MOİK - i 3:0 və “Zirə 2”ni 3:2 hesabı ilə məğlub edib.
Oyunlarda Ege Atlam, Fərid Kərimzadə, Zöhrab Faxrabadi, Tuqay Əlizadə və Orxan Əliyev fərqləniblər.


