Teymur Rəcəbov Aronyanla heç-heçə etdi

İdman

09.02.2021 - 01:38

Teymur Rəcəbov 15 turdan 8 xal əldə edib

 

“Champions Chess Tour” seriyası çərçivəsində keçirilən “Opera Euro Rapid” onlayn turnirinin seçmə mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov sonuncu turun oyunlarında iştirak edib.

 

AYNA xəbər verir ki, şahmatçımız ardıcıl Liren Dinq (Çin), hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, fransalı Maksim Vaşye-Laqrav, amerikalı Uesli So ilə heç-heçə edib. Teymur Rəcəbov günün son qarşılaşmasında – 15-ci turda prinsipial rəqibi ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. Ağ fiqurlarla oynayan şahmatçımızın Ermənistan təmsilçisi ilə də oyunu heç-heçə başa çatıb.

 

T.Rəcəbov 15 turdan 8 xal əldə edib.

 

Qeyd edək ki, “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.

 

Xatırladaq ki, fevralın 14-dək davam edəcək “Opera Euro Rapid” turnirində 16 şahmatçı mübarizə aparır.

Müəllif: Ayna.az