389 ictimai iaşə obyektində 682 monitorinq keçirilib
Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Bu barədə AYNA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il dekabrın 13-də ölkə üzrə 389 ictimai iaşə obyektində 682 monitorinq keçirilib.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 28 May küç., ev 23 ünvanında yerləşən, fiziki şəxs Abdurrahman Tatarcıoğluna məxsus kafe;
Bakı Şəhəri, Sabunçu rayonu, Mahir Əzimov küç., ev 26 ünvanında yerləşən, fiziki şəxs İbrahimova Elmira Cəlal qızına məxsus kafe;
Abşeron rayonu, Əliağa Vahid küç., m.239 ünvanında yerləşən, fiziki şəxs Ağayev Əsgər Əlisəfa oğluna məxsus "Ülkər Lahmacun" kafesi;
Göyçay rayonu, Səməd Vurğun küçəsində yerləşən, fiziki şəxs Zamanov Rafiq Gülməmməd oğluna məxsus kafe.