Aprelin 18-nə gözlənilən xəbər

Xəbərlər

17.04.2020 - 13:29

Həkimlər Klinikalar SEO Xidməti

Havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir

 

Aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 14-19, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

 

Havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

Aprelin 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş