Aprel şəhidlərinin övladları himayəyə götürülüb

Cəmiyyət

16.09.2020 - 11:02

Həkimlər Klinikalar SEO Xidməti

Deputat: “Şəhid övladlarının hər birinə aylıq maliyyə yardımı ediləcək”

 

Aprel şəhidlərinin övladlarının himayəyə götürülməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciətimiz müsbət cavablandırılıb.

 

AYNA xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. V.Bayramov qeyd edib ki, 2016-cı il Aprel döyüşlərində şəhid olan, Füzuli rayonundan məcburi köçkün ailələrinin övladları 18 yaşına çatanadək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən himayə olunacaqlar.

 

“Füzuli rayonundan olan Aprel şəhidlərinin övladlarının hər birinə aylıq maliyyə yardımı ediləcək. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciətimizi müsbət cavablandırdığına, Şəhidlərimizin ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə təşəkkürümü bildirirəm”, - deyə deputat vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş