“Apple” xəritələrində Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişib

Dünya

12.02.2025 - 17:12

Həkimlər Klinikalar SEO Xidməti

“Apple” körfəzin adını hələlik yalnız ABŞ istifadəçiləri üçün dəyişib

“Google”dan sonra Amerika texnologiya korporasiyası “Apple” Prezident Donald Trampın sərəncamına uyğun olaraq ABŞ-dakı istifadəçilər üçün hazırladığı xəritələrdə Meksika körfəzinin adını Amerika Körfəzi olaraq dəyişib. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Söhbət əksər “Apple” cihazlarında, o cümlədən “iPhone”, “iPad” və “Mac”da quraşdırılmış xəritələr tətbiqindən gedir.

Agentlik qeyd edir ki, “Apple” körfəzin adını hələlik yalnız ABŞ istifadəçiləri üçün dəyişib, lakin tezliklə onu bütün dünyada istifadəçilərə təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın sonunda inauqurasiyasından qısa müddət sonra Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş