“Apple” Hindistan bazarında iştirakını genişləndirməyi planlaşdırır

Dünya

07.10.2024 - 00:27

Həkimlər Klinikalar SEO Xidməti

Keçən il şirkət artıq ölkədə iki mağaza açıb: Mumbayda və Yeni Dehlidə

“Apple” Benqaluru, Pune, Yeni Dehli və Mumbayda dörd yeni pərakəndə mağaza açaraq Hindistan bazarında iştirakını genişləndirməyi planlaşdırır. Keçən il şirkət artıq ölkədə iki mağaza açıb: Mumbayda və Yeni Dehlidə. AYNA xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb.

Şirkət həmçinin Hindistandakı fabriklərdə Pro modelləri də daxil olmaqla bütün “iPhone 16” seriyasının istehsalına başlandığını təsdiqləyib. Qərar “Apple”ın Çindən kənarda istehsalı şaxələndirmək və inkişaf etməkdə olan Hindistan bazarını ələ almaq strategiyasının bir hissəsidir.

Müəllif: Ayna.az