“Apple” “Google”la süni intellekt sahəsində əməkdaşlığa başlayıblar

Dünya

13.01.2026 - 16:25

“Bu əməkdaşlıq istifadəçilər üçün innovativ təcrübələrə yol açacaq”

“Apple” şirkəti ilə “Google” şirkəti yeni nəsil süni intellekt infrastrukturunu inkişaf etdirmək üçün birgə əməkdaşlığa başlayıblar. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, çoxillik əməkdaşlıq çərçivəsində “Apple” yeni nəsil “Apple Foundation Models”i “Google”un “Gemini” süni intellekt modeli və bulud hesablama infrastrukturu üzərində qurulacaq.

Bu modellər il ərzində daha fərdiləşdirilmiş “Siri” də daxil olmaqla gələcəkdə “Apple Intelligence”in xüsusiyyətlərini gücləndirəcək.

““Apple” hərtərəfli qiymətləndirmə prosesindən sonra “Google”un süni intellekt texnologiyasının “Apple Foundation Models” üçün ən təkmil infrastruktur təklif etdiyini müəyyən edib. Bu əməkdaşlıq istifadəçilər üçün innovativ təcrübələrə yol açacaq. “Apple Intelligence” şirkətin məxfilik standartlarını qoruyub saxlayaraq “Apple” cihazlarında və “Apple”ın xüsusi bulud hesablama infrastrukturunda fəaliyyət göstərməyə davam edəcək”, - deyə hər iki şirkətin birgə açıqlamasında vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş