Antonio Kosta: “İlham Əliyevlə danışıqlar məhsuldar oldu”

Xəbərlər

02.10.2025 - 13:50

“Biz Azərbaycana mühüm tərəfdaş kimi baxırıq və əlaqələrimizin möhkəmlənməsinə sadiqik”

Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə “X” sosial media hesabında  yazıb.

AYNA.AZ-ın xəbərinə görə, Kosta qeyd edib ki, onun Azərbaycan Prezidenti ilə danışıqları “çox məhsuldar” olub: "Bizim Azərbaycan Prezidenti ilə çox məhsuldar danışıqlarımız oldu. Vaşinqtonda Prezident Donald Trampın dəstəyi ilə Ermənistanla əldə olunan tarixi tərəqqi münasibətilə Azərbaycanı təbrik etdik. Bu, regionda davamlı sülhə doğru mühüm addımdır. Biz Azərbaycana mühüm tərəfdaş kimi baxırıq və əlaqələrimizin möhkəmlənməsinə sadiqik”.

“Qlobal Keçid Strategiyası vasitəsilə biz regional nəqliyyat, enerji və rəqəmsal əlaqəyə sərmayə qoymağa davam edəcəyik”, - Kosta qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş