Ankarada qəzaya uğrayan təyyarənin “qara qutu”su tapılıb

Dünya

24.12.2025 - 13:02

22 nəfər araşdırma üçün Liviyadan yola düşüb

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Ankarada qəzaya uğrayan, Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın da olduğu “Falcon 50” tipli təyyarə ilə bağlı araşdırma aparılması üçün Liviyadan 22 nəfərlik heyətin Ankaraya yola düşdüyünü bildirib. AYNA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, nazir “qara qutu”nun gecə saatlarında tapıldığını bəyan edib.

“Qəza sahəsində saat 02:45-də təyyarəyə məxsus səs qeyd cihazı, saat 03:20-də isə qara qutu aşkar edilib. 22 nəfərlik Liviya heyəti Ankaraya yola düşüb”, - Ali Yerlikaya bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş