Çobanov xəstəxanaya təxliyə olunub: həyati təhlükəsi yoxdur
İşğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində fevralın 18-də mina hadisəsi baș verib. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Qeyd olunub ki, Agentliyin əməkdaşı, 2000-ci il təvəllüdlü Çobanov Vasif Fizuli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb.
Çobanov Vasif rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.