ANAMA: "Azad edilmiş ərazilərdə daha 61 mina aşkarlanıb"

Xəbərlər

04.12.2023 - 22:47

ANAMA minatəmizləmə əməliyyatları barədə məlumat yayıb

İşğaldan azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlanıb.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik (27 oktyabr - 03 noyabr) məlumatında deyilir.

Məlumata görə, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 37 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 579 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2575,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

ANAMA: "Azad edilmiş ərazilərdə daha 61 mina aşkarlanıb"
Müəllif: Ayna.az