Amsterdamda Fələstin tərəfdarı olan 300-ə yaxın etirazçı saxlanılıb - VİDEO

Dünya

14.11.2024 - 13:03

Həkimlər Klinikalar SEO Xidməti

Polis Dam meydanındakı nümayişdə 281 nəfəri saxlayıb

Amsterdamda İsrailin “Makkabi” klubunun azarkeşlərinə edilən hücumdan təxminən bir həftə sonra Hollandiya polisi paytaxtda ictimai toplantıların keçirilməsinə qoyulan qadağaya qarşı çıxan 300-ə yaxın Fələstin tərəfdarı etirazçını saxlayıb. AYNA xəbər verir ki, bu barədə polisin “X” sosial media hesabında yayılan məlumatda qeyd olunub:

“Polis Dam meydanındakı nümayişdə 281 nəfəri saxlayıb”, - deyə bildirilib.

AFP-nin hadisə yerində olan müxbiri bildirib ki, polis toplaşanlardan ərazini tərk etməyi istəyib, lakin çoxları buna əməl etməyib.

“Bəziləri öz istəyi ilə getdi. Qalan nümayişçilər polis tərəfindən mühasirəyə alındı”, deyən polis əlavə edib ki, onlardan bəziləri avtobusla mərkəzdən uzaq ərazilərə, bəziləri isə polis bölmələrinə aparılıb.

AFP xəbər verir ki, nümayişçilər üzərində Fələstin yazılan şərflər taxıb və “Amsterdam soyqırıma yox deyir!”, “Azad Fələstin!” kimi şüarlar səsləndiriblər. Onlardan bəziləri saxlanılan zamanı şiddətli müqavimət göstəriblər.

Qeyd edək ki, noyabrın 7-də azarkeşlərə hücumdan sonra bu, Amsterdamda Fələstin tərəfdarlarının üçüncü mitinqidir. Araşdırmaçı jurnalist David Kollier sosial şəbəkədə meydanda baş verən qarşıdurmanın videosunu yayıb. Etirazçıların əksəriyyətinin yeniyetmə və gənclər olduğu görünür.

Müəllif: Ayna.az