“Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir”
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir. Əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Foça istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir”, – FHN-in məlumatında diqqətə çatdırılıb.