“B-52 “Stratofortress” strateji bombardmançıları CENTCOM-un məsuliyyət zonasına gəliblər”
Amerikanın B-52 strateji bombardmançı təyyarələri Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrikanı əhatə edən ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına gəlib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Komandanlığın “X” səhifəsində məlumat yerləşdirilib.
Komandanlığın səhifəsində yayımlanan məlumatda deyilir: "Minot Hərbi Hava Qüvvələri bazasında (Şimali Dakota) yerləşən 5-ci qanaddan olan B-52 “Stratofortress” strateji bombardmançıları CENTCOM-un məsuliyyət zonasına gəliblər".
ABŞ-ın müdafiə naziri Lloyd Ostin daha əvvəl Yaxın Şərqə əlavə qüvvələrin, o cümlədən raketdən müdafiə imkanları ilə təchiz edilmiş esmineslər, qırıcı və tanker təyyarələrindən ibarət eskadrilya və bir neçə B-52-nin göndərilməsi barədə əmr vermişdi.