Amerikalı polkovnik: “Münaqişənin sonrakı gedişatı Ukrayna üçün yaxşı görünmür”

Dünya

06.10.2023 - 11:29

“Vaşinqtondan gələn son siyasi siqnallara görə Ukrayna hakimiyyətinin narahatlığına əsas var”

“Vaşinqtondan gələn son siyasi siqnallara görə Ukrayna hakimiyyətinin narahatlığına əsas var”. AYNA xəbər verir ki, bu sözləri “Newsweek”ə müsahibəsində istefada olan amerikalı polkovnik Can Gentil deyib.

“Əgər amerikalılar yardımın önündə ola bilmirsə, o zaman münaqişənin sonrakı gedişatı Ukrayna üçün yaxşı görünmür”, o vurğulayıb.

Eyni zamanda, Almaniyanın istefada olan generalı Helmut Qanserin fikrincə, ABŞ-da seçki yarışı Ukraynaya yardımın həcminin azalmasına səbəb ola bilər. Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden iki ziddiyyətli məqsəd arasında fayda və tarazlığı qorumalı olacaq.

“ABŞ-dakı seçki kampaniyası indiki Prezident Administrasiyasının Kiyevlə bağlı siyasətinə artıq təsir göstərə bilər. Xüsusən də ictimaiyyət geniş miqyaslı dəstəyə qarşı çıxırsa”, - deyə alman hərbi zabiti fikrini yekunlaşdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş