Hər iki tablo mütəxəssislər tərəfindən araşdırılıb
Alman polisi Köln şəhərindəki bir magistral yolda zibil qabından tapılan 17-ci əsrə aid iki dəyərli rəsm əsərinin sahiblərini tapmaq üçün ictimaiyyətə müraciət edib. Polisin rəsmi açıqlamasına görə rəsm əsərlərindən biri italiyan rəssam Pietro Bellottinin 1665-ci ildə çəkmiş olduğu öz portretidir.
AYNA xarici mediaya istinadən xəbər verir ki, mayın 18-də məşhur hollandiyalı sənətçi Samuel van Hoogstratenin bir uşaq portreti və 1665-ci ildə italyan rəssam Pietro Bellotti tərəfindən çəkilmiş bir avtoportretin 64 yaşındakı bir şəxs tərəfindən zibil konteynerindən tapıldığını bildirib.
Köln polisi hər iki tablonun mütəxəssislər tərəfindən araşdırıldığını və rəsmlərin orijinal olma ehtimalının çox yüksək olduğunu açıqlayıb. Rəsm sahibləri ilə əlaqə saxlaya bilməyən polis xalqa müraciət edib.
Məşhur İtalyan rəssam Pietro Bellotti 1627-1700 illərdə yaşamış və Venesiyada varlı ailələrin qorunması altında dəyərli əsərlər yaratmışdır. Tapılan digər rəsmin Samuel van Hoogstraten tərəfindən gülümsəyən bir uşaq portreti olduğu deyilib. Rəsmlərində perspektivini yaxşı göstərən Hoogstraten Amsterdamda Rembrandtın tələbəsi kimi tanınıb.