Almaniyada yeni qoşun növünün yaradılır

Dünya

05.04.2024 - 10:37

cedabet Klinikalar SEO Xidməti

Müdafiə naziri Bundesverdə kiberqoşunların yaradıldığını açıqlayıb

İslahat çərçivəsində Almaniya Silahlı Qüvvələri (Bundesver) dördüncü qoşun növü yaradacaq. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

Kiberqoşunlar dezinformasiya kampaniyalarından tutmuş kiberhücumlarla mübarizəyə qədər hibrid təhdidlərə qarşı döyüşəcək.

Bundan əlavə, Müdafiə Nazirliyinin rəhbəri quru qoşunları, aviasiya, donanma və informasiya qoşunlarının ümumi nəzarətə verilməsi planlarından danışıb. Bu məqsədlə vahid əməliyyat komandanlığı yaradılacaq.

Bundan əvvəl “Financial Times” Pistoriusun “Soyuq müharibə”dən bəri Bundesverdə ən radikal islahatları həyata keçirmək niyyətində olduğunu yazıb. Nəşrin məlumatına görə, alman ordusu “yuxarıdan aşağıya” yenidən təşkil olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş