Federal polis saxta yollarla viza alanların sayında ciddi artım qeydə alıb
Üçüncü ölkələrin vətəndaşları Almaniyada yaşamaq üçün tez-tez saxta yollarla viza əldə etməyə çalışırlar. AYNA.AZ xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Bildirilib ki, son illərdə Federal polis saxta yollarla viza alanların sayında ciddi artım qeydə alıb.
“Bu yola əl atanlar əksər hallarda “Almaniyadan sığınacaq almaq istəyirlər. 2025-ci ilin ilk 10 ayında 5569 nəfərin şübhəli yolla viza əldə etdiyi aşkar olunub”, - məqalədə qeyd edilib.