Yoluxmaların 52 faizini qadınlar, 48 faizini kişilər təşkil edir
Almaniyada koronavirus infeksiyasından daha 289 yeni yoluxma və 10 yeni ölüm hadisəsi olub. AYNA xarici mediaya əsasən xəbər verir ki, ölkədə karantin “kilid”inin aradan götürlüməsindən sonra infeksiyaya yoluxma və ya ölüm hadisələrində artım müşahidə olunmayıb.
Bəzi məhdudiyyətlərin yüngülləşdirilməsiylə paralel, tibbi maskalardan məcburi istifadə, sosial məsafənin qorunması tədbirləri nəzarətdədir.
Almaniyadakı yoluxmaların 52 faizini qadınlar, 48 faizini kişilər təşkil edir. 2 faizdən az olaraq 10 yaşdan aşağı uşaqlar arasında yoluxma qeydə alınıb.
Almaniyanın nüfuzlu Robert Kok İnstitutundan verilən məlumata görə, hər yaş qrupundakı 100.000 nəfərə düşən vəziyyətə görə, 80 yaşdan yuxarı insanlar ən çox yoluxma riskindədir.
Qeyd edək ki, Almaniyada yoluxma faktı 180 min 328, ölüm sayı isə 8 min 371 nəfər olub.