Almaniyada polislərə hücum edilib

Dünya

06.09.2025 - 09:47

İki əyalətdə polis əməkdaşlarına hücum edən şəxslər zərərsizləşdiriliblər

Almaniyanın Şimali Reyn-Festfaliya əyalətinin Sassenberq şəhərində polis bıçaqla hücum edən 25 yaşlı kişiyə atəş açaraq ağır yaralayıb. AYNA.AZ “Bild”ə istinadən xəbər verir ki, prokurorluq və polis orqanlarının məlumatında qonşuları ilə mübahisə zamanı iki nəfərə xəsarət yetirən xorvatiyalı şəxsin daha sonra polis əməkdaşlarına hücum etdiyi bildirilib.

Polis əməkdaşları dəfələrlə etdikləri xəbərdarlıqlara məhəl qoymayan həmin şəxsə atəş açmaq məcburiyyətində qalıblar. Sinəsindən xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Oxşar hadisə Baden-Vürttemberq əyalətinin Ulm şəhərində də baş verib. Bu dəfə isə polisə bıçaqla hücum edən şəxsə atəş açılıb. Lakin onun ciddi xəsarət almadığı, zərərsizləşdirilərək xəstəxanaya aparıldığı bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş