Almaniyada NATO-nun aviabazası bağlanıb

Dünya

14.08.2024 - 20:49

Həkimlər Klinikalar SEO Xidməti

Ərazidə içməli suyun mümkün çirklənməsini yoxlamaq üçün araşdırma aparılır

Almaniyanın qərbindəki Haylerkirhen şəhərində (Şimali Reyn – Vestfaliya federal torpağı) yerləşən NATO-ya məxsus aviabaza mümkün təxribat şübhələrinə görə bağlanıb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb.

Aviabaza komandanlığının nümayəndəsi kazarmaların da bağlandığını bildirib. Ərazidə içməli suyun mümkün çirklənməsini yoxlamaq üçün araşdırma aparılır. Bazanın öz su təchizatı var.

NATO-nun kəşfiyyat təyyarələri Haylerkirhen aviabazasında yerləşir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş