Almaniya Ukrayna üçün 70 milyon avrodan çox vəsait ayıracaq

Dünya

26.09.2024 - 01:17

Həkimlər Klinikalar SEO Xidməti

Almaniya hökuməti qarşıdan gələn qış dövründə Ukraynanın enerji təchizatını təmin etmək üçün əlavə 70 milyon avrodan çox vəsait ayıracaq.

AYNA xəbər verir ki, bu barədə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin məlumatında deyilir.

“Əlavə vəsait hesabına Almaniya blok istilik elektrik stansiyalarını, qazanxanaları, generatorları və günəş elektrik stansiyalarını Ukrayna şəhərləri və bələdiyyə orqanlarına təqdim edəcək”, - qurumun açıqlamasında deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş