Almaniya SEPAH-ın terror təşkilatları siyahısına salınmasını istəyir

Dünya

01.11.2024 - 01:03

Həkimlər Klinikalar SEO Xidməti

Annalena Barbok: “SEPAH- terrorçular siyahısına əlavə etməkdə israrlıyam”

Almaniya İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Avropa İttifaqı (Aİ) səviyyəsində terror təşkilatı kimi tanınmasının tərəfdarıdır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Barbok deyib.

“Aİ-də biz Almaniya hökuməti və mən Almaniyanın xarici işlər naziri kimi müxtəlif sanksiya rejimləri altında yüzlərlə məsul şəxsə qarşı sanksiyalar tətbiq etmişik. Və hamıya məlumdur ki, Düsseldorf Ali Məhkəməsinin qərarından sonra SEPAH- terrorçular siyahısına əlavə etməkdə israrlıyam”, - Berbok vurğulayıb.

Bundan əvvəl məlum olub ki, Almaniya hökuməti öz ərazisindəki bütün İran baş konsulluqlarını bağlayır.

Müəllif: Ayna.az